22 Sentyabr 2021
14:35
20410

Rusiyada işləmək istəyənlərin nəzərinə: Qeydiyyat asanlaşacaq

Rusiyada əmək miqrantları üçün mobil tətbiq hazırlanır. Proqramın 2022-ci ilə kimi istifadəyə verilməsi planlaşdırılır. Bunun köməyi ilə miqrantlar sənədlərini qeydiyyatdan keçirə və iş axtara biləcəklər.

İslahat.az xəbər verir ki, bu barədə RF Baş nazirin müavini Aleksey Overçuk bəyan edib.

Onun sözlərinə görə, hökumət əcnəbilərin köçməsini və işə düzəlməsini rahatlaşdırmaq üçün keçməli olan bütün prosedurları bir mobil tətbiqdə əks etdirmək qərarına gəlib.

Tətbiqin köməyi ilə Rusiyaya girişdə məhdudiyyətin mövcud olub-olmadığını öyrənmək, həmçinin fərdi şəxsi hesabın sığorta nömrəsi və vergi ödəyicisinin identifikasiya nömrəsi kimi bir sıra xidmətlərdən istifadə etmək mümkün olacaq.

Qeydiyyat məsələsinə gəldikdə isə Overçuk tətbiqlə bunun da mümkün ola biləcəyini deyib.

İslahat.az