İslahat.az xəbər verir ki, Rusiyada Dövlət Dumasına seçkilərə start verilib.
Parlamentin aşağı palatasının səkkizinci çağırış tərkibinin seçilməsi üçün ilk məntəqələr Çukotka və Kamçatkada açılıb.
Qeyd edək ki, 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.
Seçkilərin yekun nəticələri oktyabrın 4-də açıqlanacaq.
İslahat.az