19 Sentyabr 2020
12:17
1320

Rusiyada son sutkada yoluxma sayı 6 mini ötdü

Rusiyada son bir gündə daha 6 065 nəfərə COVID-19 diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 097 251 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 19 339-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 906 462 pasiyent sağalıb.
 
İslahat.az