13 Avqust 2020
12:44
545

Rusiyada daha 124 nəfər koronavirusdan vəfat etdi

Rusiyada son bir gündə daha 5 057 nəfərə COVID-19 diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 907 758 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 124 nəfər artaraq 15 384-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 716 396 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 692 nəfər.
 
İslahat.az