07 Avqust 2020
12:55
823

Rusiyada daha 119 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 5 241 nəfərə COVID-19 diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 877 135 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 119 nəfər artaraq 14 725-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 683 592 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 686 nəfər.
 
İslahat.az