15 Noyabr 2021
15:19
21282

Rusiya Türkiyə qırıcısının hazırlanmasında iştirak edə bilər

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin hazırlanması üzrə Moskva və Ankara arasında danışıqlar aparılır.

İslahat.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev məlumat verib.

"Rusiya dəfələrlə bu məsələdə Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. Hazırda biz bu layihə üzrə danışıqlar mərhələsindəyik”, -deyə o, bildirib.

Qeyd edək ki, Türkiyə məhz Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ tərəfindən beşinci nəsil F-35 qırıcıları proqramından kənarlaşdırılıb.

İslahat.az