16 Yanvar 2020
12:52
741

Rusiya səfirliyinin yanında partlayış baş verdi

Rusiyanın Livanın paytaxtı Beyrutda yerləşən səfirliyinin yanında qumbaralar partladılıb.

İslahat.az xəbər verir ki, partlayan 2 qumbara gözyaşardıcı qazla dolu olub.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Rusiya səfirliyinin yanında yerli polis və etirazçılar arasında toqquşmalar müşahidə olunur.

İslahat.az