26 Mart 2020
11:16
436

Rusiya hava məkanını bağlayır

Rusiya xarici ölkələrlə hava əlaqəsini dayandırır.

İslahat.az xəbər verir ki, Mk.ru-nun məlumatına görə, Rusiya hökuməti bu barədə Federal Hava Nəqliyyat Agentliyinə göstəriş verib.

Bildirilir ki, martın 27-dən etibarən Rusiyanın xarici ölkələrin hava limanlarına müntəzəm və çarter uçuşları tamamilə dayandırılır.

Yalnız Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün uçuşlara icazə veriləcək.

İslahat.az