20 Sentyabr 2021
12:32
20345

Rusiya baş nazirinin müavini: “Bakı, Moskva və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır”

Azərbaycan, Rusiya və Ermənistan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında qərarlıdır.

İslahat.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bazar ertəsi İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində jurnalistlərə deyib.

"Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan son görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında qərarlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır”, - deyə Overçuk bildirib.

Onun fikrincə, nəqliyyat marşrutlarının bərpası ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq.

İslahat.az