20 Sentyabr 2018
14:48
557

Ronaldo meydanda göz yaşı tökdü (FOTOLAR)

2012-ci ildən sonra Çempionlar Liqasının bütün açılış oyunlarında qol vuran Kriştiano Ronaldo "Yuventus"la turnirə pis başladı.

Ötən axşam "Valensiya" ilə keçirilən ilk tur matçının start heyətində yer alan portuqaliyalı 30-cu dəqədə idmançıya yaraşmayan hərəkətə görə meydandan qovuldu.

İslahat.az xəbər verir ki, Ronaldo meydandan çıxarkən göz yaşlarını saxlaya bilməyərək ağlayıb. O, birbaşa paltardəyişmə otağına yollanıb.

Qeyd edək ki, 158-ci dəfə Çempionlar Liqası oyununa çıxan Ronaldo bu turnirdə ilk dəfə qırmızı vərəqə alıb
 
islahat.az