12 Fevral 2019
13:52
1394

Riçard Gir yenə ata oldu

Hollivud ulduzu Riçard Gir ata olub.

İslahat.az xəbər verir ki, Riçardın 35 yaşlı həyat yoldaşı Aleksandra Silva oğlan övladı dünyaya gətirib. Bu Riçardın və Aleksandranın hər ikisinin ikinci övladıdır. Girin 18 yaşlı Homer adlı oğlu, Aleksandranın isə 6 yaşlı Albert adlı oğlu var.

Qeyd edək ki, Riçard model Keri Louelldən ayrıldıqdan bir neçə ay sonra Aleksandra ilə tanış olub. Aleksandra isə amerikalı maqnat Robert Fridlandın oğlu Hovindlə boşanıb.

2015-ci ildə tanış olan cütlük ötən ilin aprel ayında münasibətlərini rəsmiləşdiriblər. May ayında isə Nyu-York yaxınlığındakı rançoda toy ediblər.
 
İslahat.az