15 Noyabr 2021
17:16
20321

Rəsmi Bakıdan Ermənistana XƏBƏRDALIQ

"Son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür”.

İslahat.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bəyanatında belə deyilir.

Ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonuistiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

"Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər. Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Leyla Abdullayeva əlavə edib.

İslahat.az