12 Oktyabr 2018
17:31
2102

“Repçi olmasınlar” – #NivaVerirTəbi (MÜSAHİBƏ)

Sosial şəbəkələrdə çox baxışı olan və ölkəmizdə "Niva” markalı avtomobillərdən gələn "Niva Verir Təbi" musiqisinin müəlliflərindən biri repçi Tefonun (Teyfur Tahirov) İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik.

Tefo (Teyfur Tahirov): "Bir musiqiçi kimi ən böyük məqsədim insanların düzgün musiqiyə qulaq asıb, həzz almasıdır.”

"Niva verir təbi" rep musiqisini yazmaqda məqsədiniz nə olub?

Bir məqsəd olmayıb, niva sürürdüm və çox sevdiyim maşına mahnı həsr elədim.

"Niva verir təbi" rep musiqisinin kommersiya tərəfi varmı?

Sosial şəbəkələrdə paylaşılan hər mahnının kommersiya tərəfi var.

"Niva verir təbi" rep musiqisi polislərimiz tərəfindən bir mənalı qarşılanmır. Buna münasibətiniz nədir?

Bu sadəcə Niva həvəskarları üçün yazılan bir mahnıdır.

Tefo üçün, onun həyatı üçün repin əsas rolu nədir?

Ümumilikdə musiqinin həyatımda rolu çox böyük və əvəzedilməzdir.

Tefo təxəllüsü hardan götürülüb?

Təxəllüs kimi götürülməyib. Repdən əvvəl də belə çağırırdı yaxınlar.

Azərbaycan rep aləmində Tefo üçün kumir kimdir?

Azərbaycan repində kumirim yoxdur, amma, sənətinə böyük hörmətim olan şəxslər var.

Hazırda hansı layihələr üzərində çalışırsınız?

Hazırda, "Deephouse” tərzi üzərində albom plandadır və bu albom üçün lazım olan komanda yığılır.

Reper kimi ən böyük məqsədiniz nədir?

Bir musiqiçi kimi ən böyük məqsədim insanların düzgün musiqiyə qulaq asıb, həzz almasıdır.

"Kəllə-kəlləyə” layihəsində sona qədər gedəcəksiniz? Layihə haqqında fikirlərinizi bölüşün.

Əlbəttə, sona qədər mübarizə davam edir. Lahiyə isə "Azrap” üçün yeni dalğadır, məncə.

Azərbaycan repinin inkişafı üçün hansı addımlar atılmalıdır?

Atılması lazım olan addımlar çoxdur. Nəinki rep, hətta Azərbaycan musiqisi üçün.

Repdən başqa ikinci peşəniz varmı?

Bəli, var. Bankda işləyirəm.

İş həyatınıza rep mane olurmu?

Nə iş repə, nə də rep işə mane olmur. Sadəcə arabir gecikmələr olur.

Burdan sizi dinləyənlərə nə demək istəyirsiniz?

Var olsunlar, həmişə sadiq qalsınlar!

Sözünün gücünə inanan insanlar mütləq qalib gələcəklər?

İnam və məqsədi olan insanlar hər zaman qalib gəlir.

Həqiqəti demək üçün cəsarətli olmaq yoxsa uyğun zamanı gözləmək lazımdır?

Uyğun zamanda cəsarətli olmaq şərtdir.

Repçi olmaq istəyənlərə hansı tövsiyyələriniz var?

Repçi olmasınlar.


İslahat.az