22 May 2020
13:26
498

Rektor AzTU-nun türkiyəli tələbələri ilə videoformatda görüş keçirib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin türkiyəli tələbələri ilə videoformatda görüş keçirib.

İslahat.az bildirir ki, AzTU-dan "Yeni Gündəm” ə verilən məlumata görə, rektor pandemiya dövründə tələbələrin sosial vəziyyətində yaranan çətinliklərlə maraqlanıb. Eyni zamanda onlayn dərslərin gedişi və yay imtahan sessiyasının keçirilmə prosesi haqqında da fikir mübadiləsi aparılıb.​ Görüş zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.
 
İslahat.az