27 May 2018
12:01
1680

“Real & Virtual PR” adlı təlim keçirilib

Azərbaycanın yeganə Rəqəmsal Reklam Platforması olan "ADSGARDEN” və "AMV EDUCATION” Təlim-Tədris Mərkəzi tərəfindən "Real & Virtual PR” adlı təlim keçirilib.

İslahat.az xəbər verir ki, təlim "Real və Virtual PR vasitələrindən istifadə”, ”PR vasitələrinin koorporativ mühitdə rolu”, "PR-ın iş həyatına və şəxsi həyata təsiri” mövzularını əhatə edib. İctimai əlaqələr (PR) üzrə mütəxəssis, təlimçi Rövşən Nəcəfov adı çəkilən mövzularda təlim keçib.

Tədbir "Adsgarden”-in PR Departamentinin rəhbəri Nigar Kərimova "Adsgarden” platformasının təqdimatı və keçdiyi yol haqqında çıxışı ilə açıq elan olunub. İki saatlıq müddəti əhatə edən təlim "AMV Education”-ın dəstəklədiyi tədris proqramı ilə keçirilib.

Tədris proqramı müxtəlif şirkətlərin, QHT-lərin, PR mütəxəssislərinin və media nümayəndələrinin qatıldığı 50-yə yaxın iştirakçı ilə başa vurulub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Təlim yekunlaşdıqdan sonra "Adsgarden”-in PR Departamentinin rəhbəri Nigar Kərimova və "AMV Education” şirkətinin direktoru Elşən Nəcəfov tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Nəzərinizə çatdıraq ki, "ADSGARDEN” Rəqəmsal Reklam Platforması ilə mərkəzləşdirilmiş sistemlə ölkənin aparıcı sayt və portallarında reklamverənlər öz məhsul və xidmətlərini reklam edə, reklamların effektivliyinə gündəlik nəzarət edə bilər. 2015-ci ildə kiçik bir komanda olaraq yola çıxan "Adsgarden” 1 il sonra rəsmi testlərə başlayıb, 100-dən yuxarı yayınçı və 10-larla reklamçı ilə testlərini uğurla başa vurub. 2017-ci il 1 sentyabr tarixindən rəsmi olaraq fəaliyyətə başlayıb.