08 Avqust 2020
11:53
878

Rayonlara getmə qadağası avqustun sonundan ləğv edilə bilər

Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər.

İslahat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması müzakirə olunur:

"Hələlik bu barədə qərar yoxdurAmma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalarla təxirə salına bilər".
 
İslahat.az