12 Noyabr 2020
12:33
1389

Rayon rəhbərliyi yaralı hərbçilərlə görüşdü (FOTOLAR)

Noyabrın 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və digər rəhbər şəxslər rayon mərkəzi xəstəxanasında müalicə alan hərbiçiləri ziyarət edib.
 
İslahat.az xəbər verir ki, rayon rəhbəri onları qələbə münasibəti ilə təbrik edib. O, bildirib ki, tarixi zəfərin qəhrəmanları sizsiniz. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşdi. Həmin dəmir yumruğun nəticəsidir ki, uzun illərin torpaq həsrəti sona çatdı və biz o torpaqlara qayıtdıq.
 
İcra başçısı həmçinin hərbiçilərimizin müalicəsi və qayğıları ilə maraqlanıb, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıb.
 
İslahat.az