05 Fevral 2019
12:46
1437

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri açıqlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanvarın 14-dən 18-dək ölkə ərazisində yüksək patogenli "quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

İslahat.az-ın aldığı məlumata görə, AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
 
İslahat.az