24 Oktyabr 2020
11:28
1590

Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə İslahat.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.
 
İslahat.az