03 Aprel 2019
15:00
1367

“Qızlar Seminariyası”na yekun vuruldu - FOTOLAR

Azərbaycan Gənclər Fondunun maliyyə və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı 11-ci qrant müsabiqəsinin qalibi Ayşən Süleymanlının vətəndaş cəmiyyətində qızların fəal iştirakının artırılmasına həsr olunmuş "Qızlar Seminariyası" proqramına yekun vuruldu.

İslahat.az xəbər verir ki, bağlanış mərasimində iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirdi ki, maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Hacı Zeynalabdin Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edərək Cümhuriyyət fəallarından olmuşlar. Belə ki, seminariyanın məzunlarından olan  Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova vətəndaş cəmiyyətinin inkişafında qadınların iştirakının artırılmasında əvəzsiz xidmətləri olmuşdur. Məhz  "Qızlar Seminariyası” proqramı bu tarixi ənənələri qorumağa səy göstərmişdir.

Ümumilikdə 3 ay davam edən "Qızlar Seminariyası” proqramında təhsilli qadın, qadınların ictimai həyatda və siyasətdə rolu, rolu və s. mövzularda tanınmış təlimçi Sənan Nəcəfovun və digər ekspertlərin görüşü təşkil olunmuşdur.

Mərasimin sonunda idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərdə davamlı iştirak edən 50 xanım iştirakçı Mərkəz tərəfindən diplomla təltif edildi. 

İslahat.az