30 Noyabr 2018
15:00
3424

“Qəm yeməyin, yaxşı olacaq" — Arif Babayev "Qarabağ"ın məğlubiyyəti barədə

Xalq artisti Arif Babayev Avroliqanın 5-ci turu çərçivəsində "Qarabağ"ın Bakıda "Sportinq"ə 1:6 hesabı ilə məğlub olmasından danışıb.

Sənətkar "Ölkə.Az"ın əməkdaşıyla söhbətində azarkeşlərə təsəlli də verib:

"Dünənki oyuna baxırdım. Nəticədən də xəbərim var. "Qarabağ"la fəxr edirik. Fərəhlənməyək nə edək? Bilirəm, 6:1 uduzmuşuq. Belə də olur, elə də. Qəm yeməyin, yaxşı olacaq".

Qeyd edək ki, Qarabağ son turda səfərdə "Arsenal"ın qonağı olacaq.