Prezident "Azərbaycan Respublikasında İqtisadi Rayonların Yeni Bölgüsü Haqqında” fərman imzaladı və bu fərmanla əlaqədar olaraq coğrafiya fənnində iqtisadi rayonlarla bağlı olan sualları imtahana çıxardıq.
İslahat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, keçmiş iqtisadi bölgü əsasında olan suallar imtahanlara salınmayıb:
Biz bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər buraxılış imtahanlarının proqramı əsasında elektron imtahan keçiriləcək. Noyabr ayında yeni elektron imtahanlarını keçirəcəyik. Hər bir fənnə aid olan yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra, bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından bir neçə sınaq imtahanları keçirəcəyik. Məqsəd - abituriyentlər öz biliklərini sınasınlar ki, imtahanlarda onlar üçün asan olsun”.
"Bu günə qədər hansısa şirkətlər tərəfindən keçirilən sınaq imtahanlarının nə məzmununa, nə də keyfiyyətinə Dövlət İmtahan Mərkəzi cavabdeh deyil. Bu il hər bir fənnə aid olan proqramlar ekspertlər arasında hazırda müzakirə olunur. Bu proseslərə qoşulmaq istəyən fənn üzrə mütəxəssislər saytımızda yerləşdirilən elan vasitəsilə müvafiq anketi doldurmaqla bizə müraciət edə bilər. Müraciət anketində qeyd edilənlər bizi qane edərsə, onların bu prosesə qoşulmalarını təmin edəcəyik”, - deyə M.Abbaszadə qeyd edib.
İslahat.az