Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub
Qəbələdə 4 yaşlı uşağı elektrik cərayanı vuraraq öldürüb.
İslahat.az xəbər verir ki, hadisə rayonun Yemişanlı kəndində baş verib.
Kənd sakinləri 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyev və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İslahat.az