20 Dekabr 2021
16:05
22297

Qazi deputat köməkçisi təyin edildi - FOTO

Vətən müharibəsi qazisi Milli Məclisin deputatı Aydın Mirzəzadəyə köməkçi təyin edilib.

İslahat.az xəbər verir ki, bu barədə Aydın Mirzəzadə özünün "Facebook” hesabında məlumat yayıb.

"Mənim təklifimlə bu vəzifəyə Mingəçevir sakini Məmmədov Pərvin Həzi oğlu təyin edildi.

Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı üzrə əmr imzalanıb”, - deyə Aydın Mirzəzadə əlavə edib.

Pərvin Məmmədov 1980-ci ildə anadan olub, peşəkar hərbçidir. Bakı Ali Hərbi Məktəbini bitirib. 20 ildən çox ordu sıralarında xidmət edib. Vətən müharibəsində tabor komandirinin müavini kimi iştirak edib. Xocavənd döyüşlərində ağır yaralanıb, sağ qolundan ciddi zədə alıb. Hazırda ehtiyatdadır.

O, bir sıra medalla təltif edilib.

İslahat.az