17 Mart 2020
11:16
306

Qazaxıstanda məsciddə namaz qılınması qadağan olundu

Qazaxıstanda məscidlərdə cümə namazının qılınması müvəqqəti olaraq dayandırılıb.

İslahat.az bildirir ki, bu barədə RİA "Novosti” məlumat verir. Məlumata görə, bu barədə Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsi qeyd edib.

Buna səbəb olaraq ölkədə koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi göstərilib. İdarənin açıqlamasına əsasən, müsəlmanlar günorta və cümə namazını evdə qılacaqlar.

Məlumata görə, ölkədə məscidlər bağlanmayacaq, azan veriləcək, ancaq insanların müvəqqəti olaraq ora getməsi dayandırılıb.

Qeyd edək ki, martın 16-dan etibarən Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

İslahat.az