Qazaxıstanda koronavirusun "Eta” (Nigeriya) ştammı yayılıb.
İslahat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy bildirib.
Onun sözlərinə görə, ölkədə həmçinin koronavirusun "Delta” (Hindistan), "Alpha” (Britaniya), "Uhan” variantları da yayılıb.
Onun əlamətləri "Alpha” və "Beta” (Cənubi Afrika) suşları ilə eynidir: yüksək hərarət, öskürək, qoxu və dad itkisi.
İslahat.az