01 Mart 2019
17:09
674

Qazaxıstan telekanalı Xocalı faciəsi barədə süjet yayımladı - VİDEO

Qazaxıstan televiziyasında Xocalı faciəsinə həsr olunmuş süjet yayımlanıb.

"Qazaqstan TV”də yayımlanan süjetdə fevralın 26-da Bakıda Xocalı faciəsinin 27-ci il dönümünə həsr edilmiş yürüş nümayiş etdirilib.

Qeyd edilib ki, Xocalı soyqırımında həlak olmuş insanların xatirəsini yad etmək üçün 100 mindən çox insan küçələrə çıxıb, "Ana harayı” abidəsinə güllər qoyulub.

Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Süjetdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə qısa müsahibə nümayiş etdirilib.

A.Paşazadə müsahibəsində bildirib ki, Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır. 

"Başqa dinlərin kilsələri və kitabxanaları təmir olunub. Bu, tolerantlığın bariz nümunəsidir. Biz bütün dualarımızda bütün münaqişələrin sülh yolu ilə həllini tapmasını Allahdan təmənni edirik”, - deyə şeyx bildirib.


İslahat.az