28 Avqust 2019
14:52
745

Qazaxda itikin düşən ana və övladları Bakıda tapıldı

Qazaxda itikin düşən ana və övladları tapılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. 

Bu barədə onun yaxınlarına məlumat verilib. 

Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bri təhlükə yoxdur. 

Qeyd edək ki, N.Qasımova və övladları avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
 
İslahat.az