27 Avqust 2021
16:22
20362

"Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşdi

Bu gün Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

İslahat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:30-da start götürən tədbirdə turnirdəki yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşib. Ağdam klubu H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə mübarizə aparacaq.

 


H qrupu

"Bazel" (İsveçrə)

"Qarabağ" (Azərbaycan)

"Kayrat" (Qazaxıstan)

"Omoniya" (Kipr)


Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da keçiriləcək.

İslahat.az