17 Sentyabr 2020
09:56
1626

"Qarabağ" "Molde" oyunu keçirildi

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununu keçirib.

İslahat.az-ın məlumatına görə, Norveç "Molde"si görüş Larnaka şəhərindəki (Kipr) "AEK Arena"da baş tutub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.

"Molde" Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti imkanı əldə edib. Qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.

Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. Nəticədə penalti seriyasına müraciət olunub. Qarşılaşma "Molde"nin qələbəsi ilə sona çatıb - 6:5.

Beləliklə, "Qarabağ" 3 ildən sonra Çempionlar Liqasında pley-offa yüksəlib. Rəqib Macarıstanın "Ferentsvaroş"u olacaq. İlk oyun 22-23 sentyabrda Bakıda, cavab görüşü isə 29-30 sentyabrda Budapeştdə olacaq.
 
İslahat.az