27 Avqust 2021
12:15
24747

“Qarabağ” möhtəşəm qələbədən sonra Bakıya qayıtdı - FOTO

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın "Aberdin” klubunu hər iki oyunda məğlub edən Ağdamın "Qarabağ” klubu Bakıya qayıdıb.

İslahat.az xəbər verir ki, bununla bağlı klubun rəsmi "Facebook” hesabı məlumat yayıb. 

Heydər Əliyev adına Beynəlxalq Aeroportda "Qarabağ”ı fanatlar böyük coşqu ilə qarşılayıb.

Qeyd edək ki, Bakıda keçirilən qarşılaşmada "köhlən atlar” Xayme Romeronun qolu ilə 1-0 hesablı qələbəyə sevinib. Şotlandiyanın "Pittodri” stadionunda baş tutan matçda isə "Qarabağ” klubu 3:1 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə Kadi Borqes və 72-ci dəqiqədə Abdullah Zubir fərqlənib. Rəqibin yeganə qolunu isə əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Levis Ferqyuson vurub.

 

İslahat.az