19 Noyabr 2020
13:48
1850

Qarabağ Azərbaycandır! – Fərqli yanaşma – KLİP

Bu günlərdə gündəmdə bir çox ifalarla sənətçilər "Qarabağ Azərbaycandır!” - dedilər.

İslahat.az xəbər verir ki, lakin bu dəfə hər zaman ifalarında öz dəsti xətti ilə seçilən, Milli Musiqimizin inkişafına öz töhvəsini vermiş Jafarlinsky Band, eyni adda sözləri və musiqisi qrupun rəhbəri həmçinin sevilən tar ifaçısı Nurlan Jafarlinsky-yə aid olan əsəri ərsəyə gətirdi.

Qrupun üzvləri Solist Türkay Məlikova, Kamança ifaçısı Samir Əzimov, Gitara ifaçısı Emin Əlizadə, Klaviş Yaşar Məmmədzadə, Oruc Məmmədov, Udarnik ifaçısı Kamal Fərziyevdir.

Həmçinin qrupun da ilk klipi olaraq təqdim olunan bu işin ərsəyə gəlməsində Prodüsser Nicat Həsənzadənin adı vurğulanır. Qeyd edək ki, bir çox layihələrdə və sənət adamlarının uğurlarında adı hallanan prodüsser mahnının və klipin az bir müddətdə sevilməsinin səbəbi olaraq isə, bu işdə hər kəsin xüsusi bir payının olduğu və komandanın hər bir üzvünün öz məsuliyyətinin daha dərindən anlaması olduğunu açıqlayıb.

Klipin rejissoru: Şahin Əlizadə
Operator: Orxan Kərimli
Montajçı: Ədalət Quliyev

Klipin yayım hüququ "MikPro” MMC-yə məxsusdur.

Klip, "Jafarlinsky Band” youtube kanalında və bir çox sosial platformalarda izləyicilərinə təqdim olunub. Həmin klipi izləyicilərimizə təqdim edirik:

İslahat.az