29 Sentyabr 2021
11:36
20195

Qadın millimiz üçün dünya çempionatında tamam, ya davam görüşü

Sicesdə (İspaniya) keçirilən qadın şahmat komandaları üzrə dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

İslahat.az-ın xəbərinə görə, qələbəyə həsrət qalan qadın millimiz bu gün sonuncu turda qrupun autsayderi və meydan sahibi İspaniya yığması ilə qarşılaşacaq.

Hindistan komandası Fransa ilə, Ermənistan Rusiya ilə oynayacaq.

Qeyd edək ki, ilk iki turda Hindistan və Ermənistanla 2:2 oynamış millimiz dünən Rusiya və Fransaya 0,5:3,5 hesabı ilə uduzub. Hazırda komandamız 2 xalla beşinci sıradadır.

Komandamızın 1/4 finala çıxması üçün Fransanın uduzması və millimizin qalib gəlməsi lazımdır.

İslahat.az