17 İyun 2019
16:20
392

Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

Paytaxt sakinindənhədə-qorxu yolu ilə pul tələb edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Səbail rayonunda qadın kişini şantajedib.

44 yaşlı paytaxt sakini X.M. şikayət ərizəsi ilə Səbail rayon Polis İdarəsinə müraciət edib. Ərizəyə görə, keçmiş sevgilisi intim "WhatApp” yazışmalarını həyat yoldaşına göstərəcəyi ilə hədələyib. Susması müqabilində ondan beş min manat pul və kondisioner tələb edib.

"Nakam sevgi qurbanı” isə keçmiş məşuqəsinin bütün tələblərini yerinə yetirib, ancaq sonra peşman olaraq polisə müraciət etməyi qərara alıb.

Oxşar hadisə Qaradağ rayonunda qeydə alınıb.

Rayon Polis İdarəsindən verilən məlumata əsasən, 32 yaşlı Ş.A. polisə şikayət edərək31 yaşlı keçmiş sevgilisi M.Həmidovun ona intim şəkillərini yaymaqla hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda həmin şəkilləri yaymamaq üçün ondan pul tələb etdiyini bildirib.

Tələb olunan məbləğin ödənilməyəcəyi təqdirdə, "şəkilləri sosial şəbəkəyə yerləşdirib onu biabır etməklə” hədələyib.

Cinayətkarın bu yolla qurbanından ümumilikdə dörd min manat aldığı bildirilir. Rayon Polis İdarəsinin əməkdaşları operativ tədbirlər nəticəsində şübhəli şəxsi saxlayıb.

Hər iki fakt üzrə istintaq işi gedir.

İslahat.az