04 Mart 2022
16:20
20606

“Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilir.

İslahat.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova və vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ictimai-siyasi fəal qadınlar iştirak edir.

Konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə keçirilir.

Konfransın yekununda "Gənc Qızların Təhsilinə Dəstək” kampaniyasına qoşulmuş özəl sektor nümayəndələrinin mükafatlandırılma mərasimi keçiriləcək.

İslahat.az