02 İyun 2020
11:32
254

Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti onlayn iclası keçirildi

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti onlayn iclası keçirilmişdir.

Millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının növbəti onlayn iclası keçirilmişdir.

İslahat.az bildirir ki, iclasda pandemiya və karantin rejimi ilə bağlı ölkədəki mövcud vəziyyət, 1918-ci il mayın 29-da Milli Şura tərəfindən tarixi Azərbaycan şəhəri olan İrəvanın erməni daşnaklarına ciyasi mərkəz kimi verilməsi, Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr və s. məsələlər müzakirə olunmuşdur.

Müzakirələrdə Qərbi Azərbaycan İcması sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərli, icmalarla iş üzrə sədr müavini Fəqan Bəhrəmov, sosial məsələlər üzrə sədr müavini Səməndər Mehdiyev, İdarə Heyətinin üzvləri Əbdüləli Həsənov, Polad Poladov, Binnət Əsgərov, Bəhram Abbasov, Aparat əməkdaşları Qasım Süleymanov, Ramin Abdullayev iştirak və çıxış etmişlər.

Çıxışlarda son günlərdə sosial şəbəkələrdə bir qrup insanın cənab prezidentin "Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı Cümhuriyyət tarixi və 1918-ci ildə İrəvanın erməni daşnaklarına siyasi mərkəz kimi verilməsi ilə əlaqədar tarixi faktlara söykənən çıxışı barədə qərəzli yorumları qəti şəkildə pislənilmiş, belə əsassız yorumların tarixi mənbələrdən yox, radikal müxalifətin Azərbaycan hakimiyyətinə qarşı şər-böhtan kampaniyasından qaynaqlandığı bildirilmişdir.

İclasda Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icrasına nəzarətlə bağlı İdarə Heyətinin üzvləri arasında konkret iş bölgüsü aparılmış, həftəlik vəzifələri müəyyənləşdirilmişdir. Bundan sonra hər kəsin həftəlik hesabatını dinləmək qərara alınmışdır.

İslahat.az