14 Sentyabr 2021
17:02
21189

Putin koronavirusa görə özünü təcrid etdi

Rusiya Prezidenti Vladimir Putin ətrafında olan insanların COVID-19-a yoluxması səbəbiylə özünü təcrid rejiminə riayət etməlidir.

İslahat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, Tacikistan lideri Emoməli Rəhmonla telefon danışığı zamanı bu barədə deyib.

Karantinin müddəti ilə bağlı heç bir məlumat verilmir.

Bir gün əvvəl Rusiya lideri paralimpiyaçılarla söhbət edərkən ətrafındakıların çoxunun koronavirusa yoluxduğunu demişdi. Putin vurğulayıb ki, özü karantində olacaq və nələrin baş verdiyini anlamağa çalışacaq.

Qeyd edək ki, Rusiya lideri yazda "Sputnik V” peyvəndi vurdurub.

İslahat.az