13 Oktyabr 2020
13:26
1700

PUA-larımızın düşmənə vurduğu zərər açıqlandı

Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub.

İslahat.az xəbər verir ki, bu barədə "Clash Report”un araşdırmasında qeyd olunub.

Bildirilib ki, ən çox ziyan düşmənin hava hücumundan müdafiə sisteminə dəyib – 485 milyon ABŞ dolları.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 84 tank itirdiyi (oktyabrın 12-nə olan məlumat) və bunun ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu vurğulanıb.

Həmçinin araşdırmada Ermənistan ordusunun itirdiyi top, zirehli transportyor, müxtəlif nəqliyyat vasitələri, radar və s. var.
 
İslahat.az