27 Mart 2019
15:39
1063

Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı

Maliyyə Bazarlarına Nəzarət Palatası "Kompensasiya məbləğinin sorğulanması” xidmətinə başlayıb. 

İslahat.az xəbər verir ki, xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək mümkündür.

Palatanın saytının "Problemli kreditlərin həllinə dair məlumat” hissəsində "Kompensasiya məbləğinin sorğulanması” pəncərəsi yaradılıb. 

Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər. Keçid üçün link: https://pk.fimsa.az/

"Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.

Bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.
 
İslahat.az