26 May 2022
13:13
17636

Prezidentlə xanımı Füzuli və Cəbrayıla getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

İslahat.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və "Azərenerji” ASC-nin 330/110 kV-luq "Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

İslahat.az