17 May 2019
11:37
644

Prezidentdən sənədsiz evlərlə bağlı mühüm tapşırıq

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib. 

İslahat.az-ın xəbərinə görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonu Binəqədi qəsəbəsində sakinlərlə görüşündə məlumat verib. 

Onun sözlərinə görə, tapşırığa uyğun olaraq, xüsusi komissiya yaradılıb:

"Bəzi sakinlər uzun illər yaşadığı evi rəsmiləşdirə bilmir. Yəqin ki, yaxın günlərdə bu məsələ nəinki Bakıda, bütün respublikada öz həllini tapacaq”.
 
İslahat.az