24 İyul 2019
16:02
924

Prezidentdən Azad Rəhimovla bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bu barədə AZƏRTAC məlumat verir.

Azərbaycanda gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam əsasən, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov isə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
 
İslahat.az