26 Oktyabr 2020
13:07
1491

Bu kəndlər də işğaldan azad edildi - Prezident açıqladı

"Yeni yaşayaş məntəqələri işğaldan azad olunub".

İslahat.az-ın xəbərinə görə. bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.
 
İslahat.az