21 Dekabr 2018
11:06
1379

Prezident Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
 
İslahat.az xəbər verir ki, sənəd bəzi maddələri istisna olmaqla 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minəcək.

Xatırladaq ki, dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Bundan başqa, sənədə əsasən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır. Minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Sənəddə o da bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20manat aksiz vergisi tutulacaq.

Sənəsə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq.

Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.
Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Dəyişiklik layihəsinə əsasən ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.
 
 

İslahat.az