23 İyun 2022
16:57
21720

Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

İslahat.az FHN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

İslahat.az