04 Sentyabr 2019
15:24
694

Prezident Rövşən Məmmədovu AzTV-yə sədr təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. 

İslahat.az xəbər verir ki, sərəncamda deyilir: 
 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Rövşən Raqif oğlu Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin".

Ölkə başçısının digər sərəncamı ilə, R.Məmmədov  "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".
 
İslahat.az