20 Noyabr 2019
14:01
525

Prezident Masallıya icra başçısı təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rafil İsrafil oğlu Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Prezidentin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
İslahat.az