10 Noyabr 2021
16:30
20783

Prezident canlı yayımı qızına görə dayandırmalı oldu - VİDEO

Yeni Zelandiya prezidenti Casinda Ardernin son canlı yayımı gündəmə çevrilib.

İslahat.az xəbər verir ki, o, sosial media vasitəsilə COVİD-19-la bağlı ölkədəki son vəziyyətdən danışarkən üç yaşlı qızı gözlənilmədən yayıma müdaxilə edib. Azyaşlı "ana” deyərək Arderni çağırıb və ölkə başçısı milyonlarla insanın onu izlədiyini unudaraq "gözəl qızım, sən bu saatlarda yataqda olmalı idin”, cümləsi ilə qarşılıq verib.

3 yaşlı qızının yatmamaqda israr etməsindən sonra, Casinda canlı yayımda onunla söhbətləşməyə davam edib: "Yatmaq vaxtındır, otağına geri qayıt. Bir azdan yanına gələcəm”. Ardınca prezident kameraya dönərək vətəndaşlardan üzr istəyib. Lakin azyaşlının oyaq qalmaqda qərarlı olması, canlı yayımın dayandırılmasına səbəb olub.

Ölkə başçısı "Qızımı yenidən yatırdacam, həmin saat çoxdan keçib. Mənə qulaq asdığınız üçün təşəkkürlər”, deyərək yayımı yekunlaşdırıb.

Qeyd edək ki, Ardern dünyada prezident olandan sonra doğuş edən ikinci qadındır. Bundan qabaq, Pakistanın keçmiş prezidenti Benazir Butto da vəzifədə ikən ana olmuşdu.

İslahat.az