19 İyun 2019
17:33
886

Polşada sərxoş dostlar küçədə tank sürdülər — VİDEO

Polşada qəribə bir hadisə baş verib.

İslahat.az xəbər verir ki, sərxoş bir qrup şəxs tankı küçələrdə sürüb. Hadisə yerinə gələn polis sərxoş sürücünü həbs edib. Hadisə ötən həftə Polşanın Çestoçova şəhərində baş verib. Bir qrup sərxoş Pajeçno qəsəbəsinin küçələrinə sovet istehsalı olan "T-55” model tankla çıxıb.

İnsanlar polisə xəbər veriblər və polis sürücünü saxlayıb. Müayinə zamanı onun sərxoş olduğu üzə çıxıb.

Məlum olub ki, tankın sürücüsü və üstündə gəzən şəxslər onun daşınmasına görə cavabdeh olan şəxslərdir. Təmir üçün vaqondan endirilən tankı sürən polşalılar spirtli içkinin təsirindən bu yola əl atıblar.

 

İslahat.az