28 Dekabr 2021
11:33
21831

“Poliqon” Strateji Intellekt Oyunu Üzrə lV Universiadaya yekun vuruldu-FOTOLAR

"Poliqon” Strateji Intellekt Oyunu Üzrə lV Universiadaya yekun vuruldu.

İslahat.az xəbər verir ki,80-dən çox komandanın mübarizə apardığı Naxçıvan MR, Zərdab və Bakı seçim turlarından ən çox xal toplamış 19 komandanın mübarizə apardığı final oyununda "İnvicta” komandası 625 xalla 1-ci, "Generation Pİ” komandası 560 xalla 2-ci və "Mashboys” komandası 520 xalla 3-cü yerləri əldə etdilər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, "Region Gənclərin İnkişafına Töfhə” İctimai Birliyi və "Poliqon” Dostlar Klubunun təşkilatı dəstəyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə üç ay davam edən intellekt savaşında ölkənin müxtəlif ali məktəblərini təmsil edən 500 nəfərdən çox tələbəsi iştirak etdi. Bakı şəhərində keçirilən final oyununda "Poliqon” Strateji İntellekt Oyununun müəllifi İlkin Əliyev və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov iştirak etdilər. "Poluqon SİO” nu intellekt mübarizəsi ilə yanaşı, gənclərimiz həmdə əyləncəli bir yarışma kimi xatirlayacaqlar.

Bütün qalibləri təbrik edirik.

İslahat.az